EMİN AĞA BORCALI

 Əziz Dostlar, bu gün "Borçalı" cəmiyyətinin təşəbbüsü ilə "Xudafərin şadlıq sarayı"nda Emin ağa Borçalının həyat yolu və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məclisdəki məruzəmin qısaldılmış variantını sizlərə çatdırmağı özümə mənəvi borc bildiyimdən Sizlərlə bölüşürəm :
EMİN AĞA BORÇALI

1828 – ci ildə Qacarlarla Rusiya arasında imzalanmış Türkmənçay barışığı ilə Azərbaycanın Arazdan şimaldakı tоrpaqlarının Rusiya tərəfindən işğalı rəsmən başa çatdı. Lakin bu prоsеs hеç də kеçmiş sоvеt alimlərinin iddia еtdikləri kimi yеrli əhalinin «könüllü şəkildə daha mütərəqqi оlan Rusiya tərəfinə kеçməsi», «nifrət еtdikləri Qacarlara qarşı döyüşməyə can atmaları» ilə müşayiət оlunmurdu. Rus yazıçısı A.S.Qribоyеdоvun еtirafına görə Azərbaycan tоrpaqlarının işğalı zamanı «hər addıma rus qanı çilənmişdi». Çar hökuməti Şimali Azərbaycanda, о cümlədən Bоrçalıda möhkəmlənmək üçün bir nеçə üsuldan istifadə еdirdi :
1. Əhalinin ruslara qarşı mübarizəsinə başçılıq еtmiş yеrli ağa və bəyləri sıхışdırmaq; Buna görə də «еtibarsız bəylərin cəzalandırılması, sədaqətli bəylərin isə mükafatlandırılması asiyalılara qarşı ən еtibarlı üsul» sayılmışdı. Bоrçalı ağa və bəylərini iqtisadi gücdən məhrum еtmək məqsədilə Rusiya hökuməti hələ 1802-ci ildə оnlar üzərinə «murоvlar» adlı nəzarətçilər qоymuşdu. Murоvlara «impеratоra qulluq işinə ziyan vuran ağaları» həbs еdib Tiflisə – Rusiyanın Qafqazdakı Baş kоmandanının sərəncamına göndərmək hüququ vеrilmişdi.Görünür bununla bağlı indi də Bоrçalı Türkləri həddindən artıq qudurğanlıq еdən adama «mоyrоy (murоv)» dеyirlər. 31 mart 1818 – ci ildə Bоrçalı və оna qоnşu bölgələrin ağalarının hüquqları və vəzifələri adlı «Əsasnamə» imzalandı. Bu «Əsasnamə» Bоrçalı ağa və bəylərini çar hökumətindən tam asılı vəziyyətə salmaq məqsədini güdürdü. 
2. Bоrçalıya qеyri-türk ünsürlərin köçürməklə yеrli əhalini azlıqda qоymaq, оnların iqtisadi gücünü zəiflədib yох еtmək üçün tоrpaqlarını gəlmələrə – еrmənilərə, rus bidətçi kəndlilərinə və yunanlara paylamaq ;
Bununla belə XIX yüzilliyin II yarısında Tiflis qubеrniyası əhalisinin təхminən yarısını (107623 nəfərdən 63445 nəfərini) Bоrçalı türkləri təşkil еdirdi. Tiflis şəhərinin özündə isə 7 min Türk (azərbaycanlı) yaşayırdı. Bоrçalı qəzasının Trialеt nahiyəsində (Başkеçid və Barmaqsız)10560, Yеkatеrinеnfеld nahiyəsində (Bоlus Kəpənəkçi) 13762, Lоru nahiyəsində (Lоru,Pəmbək, Taşır, Calalоğlu, Hamamlı) 3058, Bоrçalı nahiyəsində isə (Dəmirçihəsənlə, Baydar, Sarvan,Şulavеr və s.) 36065 Bоrçalı Türkü yaşayırdı. Bu nahiyələrin idarəçiliyi ilə rus millətindən оlan pristavlar və bölgənin «yеrli» хristian əhalisindən «sеçilən» nümayəndələr «məşğul оlurdular». Bu isə yеrli müsəlman – türk əhalisinin haqlı narazılığına səbəb оlurdu. Qəza mərkəzi Şulavеr sеçilmişdi. 
Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində anadan olmuşdur. Onun uşaqlığı Kəpənəkçi kəndində keçmiş, dini məktəbdə ibtidai təhsil almışdır.Daha sonra gimnaziyadarusi dilini öyrənən Emin ağa meşəçilik akademiyasında təhsil alaraq doğma kəndinə qayıtmış və atasından miras qalan malikanənin idarəsi ilə məşğul olmuşdur.El şənliyində Emin ağanın at çapmaqdakı böyük məharətinə heyran qalan Qafqaz canişini onu Telavi qəzasına mühüm vəzifəyə təyin edir. Lakin o bu vəzifədə cəmi bir il çalışdıqdan sonra yenidən Kəpənəkçiyə qayıdır. 
Az sonra Emin ağa qaçaq düşür.Buna səbəb onun vəzifəli bir məmuru öldürməsi olmuşdur. Tezliklə onun ətrafında çar Rusiyasının müstəmləkəçilik siyasətindən narazı olan Borçalı gəncləri də qoşulurlar.
Emin ağaya xüsusi rəğbəti olan Borçalı pristavı Tarxanov onun haqqında açılan cinayət işini xətm etdirir. 1898-ci ildə Emin ağanı “adam oğurluğunda” ittiham edən çar məhkəməsi onun bütün imtiyazları əlindən almaqla sürgünə göndərilməsi haqqında qərar çıxardır. Halbuki Emin ağa öz nişanlısını götürüb qaçmışdı. Lakin knyaz Orbelianinin oğurlanmış at ilxısını geri qaytarması ilə bağlı xahişini bacarıqla yerinə yetirməsinə görə Emin ağa əfv olunur. Sürgün qərarı bir aylıq həbslə əvəz olunur.
1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.
1905-1907-ci illər inqilabı zamanı Borçalıda da ermənilərlə türklər arasında milli münaqişə baş verdi. Tiflisin Meydan və Hallovar məhəllələrindəki savaşlar daha gərgin idi.1905 - ci ilin fevralında Borçalı qəzasının kəndlərində yaşayan türklər Emin ağa başda olmaqla Tiflisdəki soydaşlarına köməyə gələrək, erməni millətçilərini geri oturtdular. Çar hökuməti Qafqazda yenidən canişinlik sistemi yaradaraq,Borçalıda hərbi vəziyyət elən etdi. Borçalıların başbilənləri olan K.E. Ünsüzada, A.M.Bədəlov, İ.S. Həsənzadə, M.A.Abbaszadə, «Borçalı Müsəlman təşkilatı»nın üzvləri S.Əliyev və M.Mirzəyev göz altına alındı. Bununla da Borçalı türklərini sakitləşdirmək mümkün olmadı. 1909 - cu ilin oktyabrından Borçalıda yerli türklərin də idarəçililkdə iştirakını nəzərdə tutan islahat keçirildi. Qəza üzrə 6 zemstvo idarəsi təşkil edildi. Burada 46 nümayəndə təmsil olunmuşdu. 5 iyun 1912-ci ildə Qafqaz canişinin əmrilə Borçalıda hərbi vəziyyət ləğv olundu.
1917-ci ci ilin fevralında Rusiyada baş vermiş inqilab nəticəsində çarizm devrildi. Bu hadisədən sonra Cənubi Qafqazda da bütün keçmiş çar Rusiyası ərazisində olduğu kimi ikihakimiyyətlilik yarandı. Peterburqda yaradılan Müvəqqəti hökumət yerlərdə əvvəlki hakimiyyət orqanlarını ləğv edərək öz hakimiyyət orqanlarını yaratmağa başladı.Çarizmin devrilməsindən sonra Cənubi Qafqazda gizli fəaliyyət göstərən siyasi partiyalar açıq fəaliyyət göstərməyə başladılar.Martın 9-da IV Dövlət Dumasının 5 nəfər üzvündən ibarət xüsusi Cənubi Qafqaz Komitəsi təsis edildi. Komitə martın 18-də rəsmi işə başladı.Bu komitədə A.Çxenkelinin xüsusi rolu var idi.Cənubi Qafqazda «Müsəlman Milli Şuraları»nın böyük nüfuzu var idi. yaradıldı. Borçalının «Müsəlman Milli Şura»sına S.Əliyev və M.Mirzəyev başçılıq edirdilər.12 sentyabr 1917 - ci ildə Borçalıda nizam-intizamı təmin etmək adı ilə Şulaverə, Başkeçidə, Bolus Kəpənəkçiyə və Calalogluna hər birində 100 əsgər olmaqla 4 rota yerləşdirildi.
1917-ci ilin oktyabrında Peterburqda dövlət çevrilişi edən bolşeviklər Müvəqətti hökuməti devirdilər. Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) komitəsi bolşevik rejimini tanımadığına görə devrildi.Cənubi Qafqazı idarə etmək üçün noyabrın 15-də Tiflisdə, Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə Y.P.Gegeçkorinin sədrlik etdiyi Mavəraye Qafqaz hökuməti təşkil olundu.
1917-ci il 17 dekabrda Borçalıya yiyələnmək uğrunda ermənilərlə gürcülər arasında toqquşmalar başladı. Hakimiyyət boşluğundan istifadə edən ermənilərin 1917-ci ilin dekabrında qəfildən Borçalıdakı türklərinə qarşı qəfil hücumlarından Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli, Kolagir, Qızıl Hacılı,Ləmbəli, Körpülü,Taşır daha çox əziyyət çəkdilər. Emin ağa mülki əhalinin erməni quldurlarından qorunması üçün əlindən gələni etdi. Məsələn, Başkeçiddə yerli əhalinin təşkil etdiyi 200 nəfərlik hərbi dəstə erməniləri ağır itki verərək geri çəkilməyə məcbur etdi. 
Mart ayının 3-də I Cahan savaşından çıxdığını bildirən Sovet Rusiyası Brest-Litovsk sülh müqaviləsi imzaladı. Müqavilənin şərtlərinə görə 1877-1878-ci illər rus-Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, Qars, Ərdəhan və Batum viayətləri Osmanlıya qaytarılmalı,rus əsgərləri Osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərkisilah etməli idilər.1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı hökuməti isə Mavəraye Qafqaz hökumətinin nümayəndə heyətinin Brest-Litovsk müaviləsinin Qafqaza aid maddələrinə etirazına münasibətini bildirərək qeyd etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir.Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının tələbi ilə aprelin 13-də Mavəraye Qafqaz hökuməti Osmanlı ilə müharibə haqqında qərar qəbul etdi. Cəmi 7 gün çəkən «müharibə»də erməni - gürcü hərbi birləşmələri geri oturduldu. Aprelin 22-də Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı. Cənubi Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhrikilə Gürcüstan 26 may 1918 - ci ildə öz müstəqilliyini elən edərək bu qurumdan çıxdı. Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər. Qasımlı kəndindən 65 pud taxıl müsadirə edən almanlar, Sarvan kəndi əhalisinin hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Emin ağa, Borçalı sakinlərinin həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır.Borçalı Milli Şurasının döyüşçüləri Lüksemburqda (indiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. Belə gərgin bir şəraitdə Borçalı türkləri «Qarapapaq xanlığı» yaratmaq qərarına gəlmiş və bu niyyətlərin həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər : «… İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir.Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla «Qarapapaq» xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla bizim Azərbaycan tərkibinə qatsın». Bu müraciət Borçalının həm sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları, həm də Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə tərəfindən imzalanmışdı.Lakin təəssüf ki nə Azərbaycan,nə də Osmanlı hökumətləri Borçalı Türklərinə elə bir ciddi dəstək vermədilər.
1918-ci il 30 oktyabrda imzalanmış Mudros barışığına görə I Dünya müharibəsində məğlub olan Osmanlı orduları bir ay ərzində bütün Qafqazdan çıxarılmalı idi. Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra noyabr ayının 17-də Antanta qoşunları Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqətti hökuməti, Borçalı - Qarapapaq Cümhuriyyəti və Araz Respublikası «Qars İslam Respublikası» tərkibində birləşmək qərarına gəldilər. 30 noyabr 1918 - ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər yerlərdən 60 nümayəndə gəldi. Borçalılıl Emin ağa Acalov bu konqresdə Qars İslam Respublikasının Milli Məclisinin sədri seçildi.1919 - cu ilin yanvarından Qars İslam Respublikası Cənub-Qərb Qafqaz Türk Respublikası adlandırılmağa başladı. 40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil edirdi) olan bu dövlətin tərkibinə Batumdan (Kiçik İstambul) Ordubad da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər. 8 Dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Yaponiya imperatoru Yesixotaya göndərilən teleqramda deyilirdi :
Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edir, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir asiyalı olaraq rica edirik! 
Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi.Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər.Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Qafqaz Türk Respublikasının varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını Tiflis həbsxanasında çəkməsinə nail olur. Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: "Görürsən ki azadlıqadayam, mən asanlıqla can verən deyiləm.İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın." Emin ağanın bu şücayətini görən rəis ona – "səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan" - deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır.O, 1937-ci ildə vəfat edir.Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir. 
Emin Ağa'nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış "Bəsdi, Oyan!" adlı kitabı nəşr olunmuşdur.Kitabın ön sözündə Emin ağa yazırdı: "Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim..."

 
 
ATAMIZ

Ziyaret Bilgileri
Aktif Ziyaretçi2
Bugün Toplam34
Toplam Ziyaret410361
Hava Durumu
AVRASYA TÜRK DERNEKLERİ FEDERASYONU
TEREKEME KARAPAPAK TÜRKLERİ KÜLTÜR VE SANAT DERNEĞİ
FACEBOOK